ATƏT PA-nın komitə sədri: Terrorla mübarizədə Türk dünyasının səsi olacağıq
Terrorla mübarizədə azərbaycanlı deputat həmkarımla birlikdə, ən yüksək kürsülərdə Türk dünyasının səsi olacağıq.
Bunu "Sizinxeber.az"un Ankara bürosuna açıqlamasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Terrorla Mübarizə üzrə Xüsusi Komitəsinə yeni sədr təyin olunan türkiyəli deputat Kamil Aydın bildirib.
Avropa Komissiyası Parlamentar Məclisində və NATO Parlament Assambleyasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyətində təmsil olunan deputat terrorla mübarizə ilə bağlı ATƏT PA-da da iki dönəm sədr müavini vəzifəsini icra etdiyini deyib.
O qeyd edib ki, strukturun sədri olaraq Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edəcək: “Beynəlxalq tədbirlərdə Azərbaycanla yaxın əməkdaşlığımız var. Beynəlxalq tədbirlərdə, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti ilə hər iki ölkənin sözçülüyünü layiqincə yerinə yetiririk. Bundan sonra da əleyhimizə olan qüvvələrə qarşı daha güclü mübarizə aparacağıq. PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının hiyləgərcəsinə qurduqları yuvaları öyrənib beynəlxalq platformalarda söyləyəcəyik”.
Komitə sədri əlavə edib ki, onun yeni təyinatı bütün Türk dünyasında alqışla qarşılanıb: "Bu təşkilatda 57 ölkə nümayəndəsi təmsil olunur. Bir zamanlar Ermənistanın əli ilə Qarabağda məskən salan terrorçuları Azərbaycan əzmli mübarizəsi ilə bütünlükdə yox etdi. Biz də Türk dünyasının hər hansı bir yerində baş verən terroru hər fürsətdə gündəmə gətirib, onları ifşa edərək böyümələrinə, güclənmələrinə əngəl olacağıq. Bu məsələdə bütün Türk dünyasının səsi olacağıq".
Oxşar xəbərlər
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlıların təhlükəsizliyini təmin edəcəkdik - İrəvan [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sinan Oğan: "Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












