XİN başçısı: Azərbaycan və Aİ yeni saziş üzrə yaxın dövrdə əməli addımlar atmaq barədə razılaşıb
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə yaxın vaxtlarda əməli addımlar atılması barədə razılıq əldə olunub.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında yeni sazişi əhatə edən məsələlər üzrə 90-95 faiz razılaşma əldə oıunub:
"Son illər bu məsələdə durğunluq müşahidə olunurdu. Bu gün yenidən məsələni müzakirə etdik və sazişi tamamlamaq üçün əməli addımlar atmaq barədə razılığa gəldik. Açıq qalan məsələlər iqtisadiyyat və ticarət sahəsini əhatə edirdi. Saziş növbəti mərhələdə daha da zənginləşdirilə bilər”.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Doqquz ildən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri əlamətdar hadisədir
Aİ və Cənubi Koreya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı razılaşdırıblar
Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir
Ceyhun Bayramov: Konstitusiyada dəyişikliklərlə bağlı Ermənistandan əməli addımlar gözləyirik
Hakan Fidan Kaya Kallasla Ukrayna və Suriyadakı son durumu müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













