Deputat: Azərbaycanla Çin dost və tərəfdaş ölkələrdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
17:50

Deputat: Azərbaycanla Çin dost və tərəfdaş ölkələrdir

22 apr, 2025
17:50
774

Deputat: Azərbaycanla Çin dost və tərəfdaş ölkələrdir

“Azərbaycanla Çin dost və tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.

Deputat xatırladıb ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib: “Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir”.

Millət vəkilinin sözlərinə görə, bu gün Çin və Azərbaycan strateji tərəfdaş ölkələrdir, hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var.

Fatma Yıldırım qeyd edib ki, ölkələr arasında əməkdaşlıq üçün çox möhkəm baza mövcuddur.

“30 ildən artıq müddətdə davam edən siyasi münasibətlər artıq iki ölkənin strateji tərəfdaş və bir-birinə etibar edən dost olduğunu nümayiş etdirir. Ölkəmiz Orta Dəhlizlə bağlı Çin lideri Si Cinpinin təşəbbüslərini də tam dəstəkləyir”, -deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın