Millət vəkili: Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir
“Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib”.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir: “Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki Azərbaycan çox haqlı olaraq zamanında İsraillə münasibətlərin təməlini qoyaraq uğurla inkişaf etdirdi. Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir”.
Oxşar xəbərlər
Deputat: Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoruyaraq inkişaf etdirdi
Deputat: Azərbaycan COP29-dan çox şey gözləyir
Deputat: Azərbaycan Prezidenti milli maraqlarla bağlı heç bir dövlətə güzəştə getməyəcəyini nümayiş etdirib
D8-ə üzvlük Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğundur - RƏY
Ərdoğan: Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
