Keçmiş deputat: Azərbaycanın torpaqlarını azad etməsi Fransadakı erməni diasporunda qəzəb doğurub
Fransa Milli Assambleyasında Azərbaycana münasibət həmişə qərəzli olub, bunun səbəbi Ermənistanla münaqişə və erməni lobbisinin fəaliyyətidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Fransa Milli Assambleyasının keçmiş deputatı Jerom Lamber “EU Sizinxeber.azer”ə müsahibəsində bildirib.
"Əlbəttə, mən tarixi vəziyyət haqqında məlumatlı idim. Lakin o zaman (deputat olarkən – red.) Fransada – Milli Assambleyada və KİV-də – Ermənistanın mövqelərini dəstəkləmək üçün siyasi proseslərə birbaşa müdaxilə edən təzyiq qruplarının mövcudluğunu təsəvvür etmirdim. Azərbaycana sadəcə maraq göstərmək bəzilərinə şübhəli görünürdü, bunu gözləmirdim və qəbul etmirdim, çünki heç bir şəkildə münaqişə tərəfi deyildim", - o bildirib.
Onun sözlərinə görə, belə düşmənçilik münasibəti Azərbaycan haqqında daha çox şey öyrənmək qətiyyətini gücləndirib. J.Lamber Azərbaycana ilk səfərini həyata keçirib və Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv olub.
"Azərbaycan dərhal mənə unikal bir ölkə kimi göründü. Keçmiş sovet imperiyasının ucqarında, İran və Ermənistanla həmsərhəd olan Azərbaycan mürəkkəb mühütə malik olan ölkədir. Əsasən müsəlman, şiə cəmiyyəti, lakin güclü dünyəvi və tolerant ruha malikdir", - sabiq parlamentari bildirib.
J.Lamber vurğulayıb ki, Cənubi Qafqazdakı vəziyyətlə daha yaxından tanış olduqdan sonra anlayıb ki, Fransanın siyasi dairələrində Azərbaycana qarşı kəskin tənqid yalnız Ermənistanla münaqişə ilə bağlıdır: “Ermənistanın havadarları Azərbaycanı fransız ictimaiyyətinin gözündə nüfuzdan salmaq üçün öz təsirlərindən istifadə ediblər”.
Siyasətçi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması, işğal olunmuş ərazilərin azad edilməsi Fransadakı erməni diasporunda güclü qəzəb doğurub.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçirməyə çalışır
Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”
Şamil Ayrım: Fransa kimi dövlətlər Ermənistanı Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır
Bu, Makronun Bakıya qarşı yeni hücumudur
ABŞ bölgədə sülhə töhfə verməkdə maraqlı deyil (TƏHLİL)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











