Bakı mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb
Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında edilib.
“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN bildirib.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:
“Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.
Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina hadisələri baş verib. Cəbrayıl rayonundakı hadisədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı yaralanıb. Ağdam rayonundakı partlayışda isə bir ailənin üç üzvü xəsarət alıb.
Oxşar xəbərlər
XIN beynəlxalq ictimaiyyəti minatəmizləməyə mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb
XİN: İkinci Qarabağ müharibəsindən sonra 387 azərbaycanlı mina qurbanı olub
Rəsmi Bakı Ermənistanın beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməsinə çağırır
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 387-yə çatıb
Azərbaycan Ombudsmanı Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













