XIN beynəlxalq ictimaiyyəti minatəmizləməyə mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə qəsdən mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə XİN-nin X hesabında paylaşım edilib.
Qeyd olunub ki, bu gün növbəti mina partlayışları nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 4 Azərbaycan vətəndaşı ağır xəsarət alıb: “2020-ci il müharibəsi başlayandan bəri mina partlayışları nəticəsində 392 nəfər ölüb və ya yaralanıb. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə qəsdən mane olmasına, günahsız insanların həyatını təhlükə altına atmağa davam etməsinə, münaqişədən sonrakı bərpaya mane olan genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq”.
Oxşar xəbərlər
Rəsmi Bakı Ermənistanın beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməsinə çağırır
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 387-yə çatıb
XİN: Ermənistanın qeyri-qanuni əməlləri Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ətraflı şəkildə araşdırılacaq
Azərbaycan XİN Ermənistanı ərazisinə yerləşdirdiyi minalarla bağlı dəqiq məlumatı verməyə çağırıb
Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













