Dominik Monte: Fransız Qvianasında təhsil sistemi yerli xalqın assimilyasiyası alətinə çevrilib
sizinxeber.az xəbər saytı

Dominik Monte: Fransız Qvianasında təhsil sistemi yerli xalqın assimilyasiyası alətinə çevrilib


Fransız Qvianası əhalisinin tam assimilyasiyası yalnız Fransa tarixi və mədəniyyətinə yönəlmiş təhsil sistemi sayəsində mümkün olub.

“Report” xəbər verir ki, bunu Fransız Qvianası Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) üzvü Dominik Monte Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Fransanın müstəmləkə siyasəti təkcə Fransız Qvianası xalqının sərvətlərinin talan edilməsinə deyil, həm də onların azadlıqlarını və milli kimliklərini itirmələrinə səbəb olub.

"Bizdən adlarımızı, mədəniyyətimizi, ənənələrimizi aldılar. Bizə yad dəyərlər təlqin etdilər. Öz köklərimizdən ayıraraq özgə tarix və mədəniyyətin qəbuluna məcbur etdilər", - o vurğulayıb.

D.Monte qeyd edib ki, bununla belə, son illərdə Fransız Qvianasında milli özünüdərkin dirçəlişi müşahidə olunur:

"Getdikcə daha çox sakin öz köklərinə qayıdır, əcdadların tarixi və mədəni irsi mövzusunda konfranslar keçirilir. İnsanlar afrodiaspora mənsub olduqlarını anlayırlar. Bu, gerçək kimliyimizin bərpası yolunda mühüm addımdır".

Oxşar xəbərlər

Dominik Monte: Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Fransız Qvianasından olan siyasi xadim: Fransa təzyiqlərini davam etdirir
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir - FOTO
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda sərgi keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər