BMT rəsmisi: Qarabağ müharibəsində itkin azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün əməkdaşlığa hazırıq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-Yorkdakı qərargahında beynəlxalq təşkilatın Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədri Nahla Haidar ilə görüşüb.
“Report”un ABŞ bürosu xəbər verir ki, görüş zamanı B.Muradova Ermənistanın 30 illik hərbi təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlılar haqqında məlumat verib. O bildirib ki, birinci Qarabağ müharibəsi nəticəsində 4 844 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 321-i qadın, 54-ü isə uşaqdır. Komitə sədri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və uzunmüddətli təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülüb, qətlə yetirilib və işgəncələrə məruz qalıb.
N.Haidar məsələ ilə bağlı araşdırmalar aparılması üçün sənədləşmənin və konkret faktların təqdim edilməsinin vacibliyini vurğulayıb. O, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Görüşdə müxtəlif vacib mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında faydalı əməkdaşlıq imkanları müzakirə edilib.
Oxşar xəbərlər
Dövlət Komissiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb
Əli Nağıyev: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb
Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb
I Qarabağ müharibəsində qeydiyyatdan kənarda qalan itkin düşən şəxslərin ailələrinə müraciət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?












