Deputat: Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan dövlətimizin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.
Bu fikirləri “Sizinxeber.az”a Prezident İlham Əliyevin Misirə səfərinin nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
O qeyd edib ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı var:
“Son illər dəyişən geosiyasi vəziyyətin də yaratdığı reallıqlar fonunda Azərbaycan ərəb dünyası ilə olan dərin tarixi-mədəni bağlılığını yeni iqtisadi imkanlara çevirir.
İslam həmrəyliyi prinsipini daim rəhbər tutan dövlətimiz ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını daha da dərinləşdirilməsinə çalışır. Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi hər kəsə məlumdur. Mən deyərdim ki, müsəlmanların sıxışdırılması və dini ayrı seçkilik qlobal problemlərdəndir”.
Deputat onu da vurğulayıb ki, Azərbaycan həmçinin ərəb dünyasının haqq işini daim dəstəkləyib:
“Ərəb ölkələri də həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Hazırda bir neçə ərəb dövlətləri də, xüsusilə İraq və Misir Azərbaycan kimi mina problemindən əziyyət çəkir. Düşünürəmki, biz bu sahədə Ərəb dövlətləri ilə əməkdaşlıq qurub, beynəlxalq aləmdə daha çox diqqət çəkə bilərik.
Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Düşünürəmki, dünən cənab prezident İlham Əliyevin Misirə olan səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına təkan verən növbəti uğurlu səfər oldu. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da öz mənəvi dəstəyini əsirgəmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə bu səfəri zamanı Misri prezidenti Əbdülfəttah əs-Sisini ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana - Qarabağa sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb”.
Oxşar xəbərlər
Deputat: Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə yüksəksəviyyəli əməkdaşlıq mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri: "İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri münasibətlərdə yeni dönəmin başlanğıcı oldu - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
YAP İdarə Heyətinin qərarı xalqın iradəsinin ifadəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












