Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri münasibətlərdə yeni dönəmin başlanğıcı oldu - RƏY
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri münasibətlərdə yeni dönəmin başlanğıcı oldu - RƏY


Prezident İlham Əliyevin Misirə rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni dönəmin başlanğıcı oldu.

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, bu gün keçirilən görüşlərdən və müzakirələrdən sonra əlaqələr daha əhatəli inkişaf edəcək:

"Misir və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və s. çərçivəsində birgə əməkdaşlıq edib. Cənubi Qafqazda sülhün bərqərar olmasına Misir hər zaman dəstəyini ifadə edib. Azərbaycan isə Misirin xarici siyasətinə öz köməyini əsirgəməyib. Xüsusilə prezidentlər mətbuata bəyanatla çıxış etdikləri zaman hansı məsələlərə önəm verdiklərini bir daha bəyan etdilər. Cənubi Qafqazda sülhün bərqərar olması istəyi bir daha diqqətə çatdırıldı. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında çox böyük yolun qət edildiyini bildirdi. Ölkə başçısı Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və demarlasiyasında uğurun əldə olunmasını xüsusi qeyd etdi. Həmçinin, hər iki prezident İsrail və Fələstin münaqişəsinin tezliklə başa çatmasını, BMT-nin qərarları çərçivəsində məsələnin həllinin vacibliyinə toxundular".

N.Həmzəyev vurğulayıb ki, Prezident İlham Əliyev Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibilə də görüşüb. Bu zaman ölkə başçısı uzun illər işğal altında qalmış torpaqlarda məscidlərin dağıdıldığını, viran qoyulduğunu bəyan edib:

"Azad olunmuş torpaqlarda görülən işlər, abadlıq-quruculuq işləri xüsusi qeyd edildi. Şeyx Azərbaycanda keçiriləcək COP29 tədbirinə dəvət edildi. İmam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycanda ərəb dilinin inkişaf etdirilməsi, öyrədilməsinə dəstək göstərə biləcəyini qeyd etdi. Bir sözlə, Prezident İlham Əliyevin Misirə səfəri və çox əhəmiyyətli görüşlərin baş tutması iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu bir daha göstərdi. Əlaqələrin artırılmasının yüksələn xətt üzrə inkişafının diqqətdə saxlanıldığı bildirildi. Münasibətlərin güclənməsi hər iki dövlətin beynəlxalq arenada birgə addımlayacağını, həmrəylik nümayiş etdirərək, bir-birini dəstəkləyəcəyini söyləməyə imkan verir".

Oxşar xəbərlər

Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Quterreş İlham Əliyevi təbrik etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Simonyan: “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın müdafiə naziri: Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə töhfə verməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri: Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər