Ərdoğan: Türkiyə və Azərbaycan bayraqları kosmosda iki qardaşı təmsil edəcək
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə və Azərbaycan bayraqları kosmosda iki qardaşı təmsil edəcək


"Bir tərəfində Türkiyə, digər tərəfində isə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən".

"Sizinxeber.az" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.

Atasever isə bildirib ki, Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, mənim kosmosa səyahətimdə də yan-yana sinəmin üstündə yerini alacaq.

Qeyd edək ki, ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

Bundan əvvəl Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.

Oxşar xəbərlər

Ərdoğan Alper Gezeravcıya yeni vəzifə verdi
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM
Ərdoğan İlham Əliyevlə danışdı
Ərdoğan yenə İsrailin nüvəsindən danışdı: Şikayət etmişik
Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan Avrasiya üçün önəmli amilə çevrilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər