Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.
Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Altun qeyd edib ki, Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr müzakirə olunacaq. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan başqa, səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcək.
Oxşar xəbərlər
Zelenski sabah Türkiyəyə səfər edəcək
Livanın Baş naziri Türkiyəyə səfər edəcək
Sabah İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi keçiriləcək
Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
