İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib.
“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi yazıb.
“Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurlu model olan "Xudafərin" və "Qız Qalası" birgə bəndləri İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentlərinin iştirakı ilə rəsmi şəkildə istifadəyə verilib”, – diplomat qeyd edib.
Onun sözlərinə görə, prezidentlərin “görüşü ilə iki qonşu ölkənin münasibətlərində yeni bir səhifə açıldı, qonşuluq siyasətində daha bir uğur əldə edildi”.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Oxşar xəbərlər
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın Azərbaycandakı səfiri: İki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılması vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Düşmənlərimiz məqsədinə çatmayacaq - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












