Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
sizinxeber.az xəbər saytı

Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib.

“Report” xəbər verir ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Oxşar xəbərlər

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: "Azərbaycan Ermənistanla dialoqa hazırdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Azərbaycan-Ermənistan sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi şərait yaranıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər