Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və BAM-ın veteran inşaatçıları ilə birgə görüşündə deyib.
“BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”, - Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, bu gün Baykal-Amur magistral xətti bütün 21-ci əsr üçün logistikanı müəyyənləşdirir: “İndiki mərhələdə Şərqə dönüş məhz BAM-ın sayəsində mümkün olub".
Putin Şimal-Cənub Nəqliyyat Dəhlizinin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rolunu da vurğulayıb:
“Şimal-Cənub geniş beynəlxalq əməkdaşlıq nümunəsinə çevrilməlidir”.
Oxşar xəbərlər
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Putin: BAM-ın inşasında Heydər Əliyevin böyük rolu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












