Ceyhun Bayramov: Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, COP29 ərzində hədəfə alırdılar
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, COP29 ərzində hədəfə alırdılar


“Bəzi böyük dövlətlərin müstəqil siyasət yürüdən ölkələrin daxili siyasətinə qarışması tarixən də baş verib. Yeni olan odur ki, bu qədər açıq, aqressiv formada digər dövlətlərin daxili işlərinə qarışma cəhdləri olmamışdı”.

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun əsl səbəbi ölkələrimizin hansısa böyük güclərin diktəsinə uyğun deyil, öz milli maraqlarına uyğun suveren siyasət həyata keçirilməsidir: “Burada müxtəlif bəhanələr ola bilər. Bunu Gürcüstan nümunəsində biz gördük. Azərbaycan misalında beynəlxalq hüquqa uyğun olaraq, ərazi bütövlüyümüzün bərpa edilməsində bunu gördük. Buna görə bizi cəzalandırmaq niyyətlərini ortaya qoyurlar. Müxtəlif alətlər götürülə bilər. Bizə qarşı qarayaxma kampaniyası aparır, COP29 kimi böyük beynəlxalq tədbir ərzində Azərbaycanı hədəfə almışdılar. Ancaq dövlət tərəfindən həyata keçirilən siyasət milli maraqlara əsaslanırsa, xalqın dəstəyinə arxalanırsa, bütün xarici qüvvələr suveren siyasət qarşısında acizdir”.

Oxşar xəbərlər

XİN rəhbəri: Gürcüstan hər zaman Azərbaycanın yanındadır
Maka Boçorişvili Ceyhun Bayramovu Gürcüstana səfərə dəvət edib
Azərbaycan və Gürcüstan XİN rəhbərləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb
Boçorişvili: Gürcüstanın daxili işlərinə müdaxilədə çox cəhdlər gördük, ictimaiyyətimiz bu cür cəhdlərin qarşısını almaqda güclüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər