Qurban Qurbanov: "Bizim səkkiz komanda arasında rahat rəqibimiz olmayıb"
"Bizim səkkiz komanda arasında rahat rəqibimiz olmayıb".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Liverpul"la oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, daha yaxşı oynamaq lazım idi: "Mən futbolçularımı başa düşürəm. Geridə qalan oyunlarda çox enerji sərf etmişdilər. Oyunçularda bəlkə də bir az arxayınlıq var idi. Hər bir halda bu stadion, bu klub digər rəqiblərdən fərqli idi. Amma əminəm ki, bu rəqiblə bir də oynasaq, daha yaxşı oynayarıq. Geyinib-soyunma otağında da söhbətimiz oldu. Biz bundan daha yaxşı oynamağı bacarırıq. Futbolçularım məğlubiyyətə görə məyusdurlar, həm də pley-offa vəsiqə qazandıqları üçün sevinclidirlər".
Baş məşqçi pley-off mərhələsindəki potensial rəqiblərini də dəyərləndirib:
"Pley-offdakı potensial rəqiblərimizdən həm PSJ, həm də "Nyukasl Yunayted"in özünəxas oyun üslubu var. Rəqibin kim olmasından asılı olmayaraq daha diqqətli olmağa və daha yaxşı hazırlaşmağa çalışacağıq", - deyə o bildirib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən təmsilçimiz pley-off mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”
Qurban Qurbanov: Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq
Qurban Qurbanov: Sabah yaxşı nəticə qazanmaq üçün çox güc sərf etməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






