Yeni Kaledoniyada "Dəmir Yumruq" şüarı altında növbəti etiraz aksiyası keçiriləcək
Aprelin 2-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçiriləcək.
"Report" xəbər verir ki, aksiya "Dəmir Yumruq" şüarı altında baş tutacaq və etiraz mitinqində “Bakı Təşəbbüs Qrupu”nun loqosu əks olunacaq.
Qeyd edək ki, Yeni Kaledoniyada avtoxton əhali - Kanak öz hüquqları uğrunda mübarizəni davam etdirir. Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycanın Dövlət Bayrağı, Prezident İlham Əliyevin portreti və "Dəmir Yumruq" təsviri olan plakatlar qaldırır.
Martın 28-də baş tutan sonuncu aksiyada etirazçılar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.
Oxşar xəbərlər
Müxalifət Belqradda növbəti etiraz aksiyası keçirib
Prezident İlham Əliyev: Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir
Yeni Kaledoniya nümayəndəsi: “Hələ də Fransa müstəmləkəçiliyinin mənfi nəticələrini yaşayırıq”
Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












