Azərbaycandan göndərilən 200 ton ərzaqla dolu 10 yük maşını Suriyaya çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycandan göndərilən 200 ton ərzaqla dolu 10 yük maşını Suriyaya çatıb


Azərbaycandan gönədrilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək Suriyaya çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.

Oxşar xəbərlər

Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir
Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir - FOTO
Türkiyə Suriyaya humanitar yardım göndərib
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO - YENİLƏNİB
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle