BMT: Azərbaycan azad olunmuş ərazilərdə minatəmizləmə və yenidənqurma işlərində irəliləyiş əldə edib
Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, bərpa və yenidənqurma və sosial-iqtisadi inkişafa diqqət yetirməklə təqdirəlayiq irəliləyiş əldə edib.
Bunu "Sizinxeber.az"un ABŞ bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.
Mabuçi bildirib ki, BMT Azərbaycan hökumətinin münaqişədən sonrakı bərpa səylərinə dəstək olmaqda davam edir.
"Bu istiqamətdə tərəfdaşlığı davam etdirəcəyik və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesini sürətləndirmək üçün götürdüyümüz öhdəliklərə sadiq qalırıq", - o vurğulayıb.
Rəsmi qeyd edib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi məcburi köçkünlərin təhlükəsiz qayıdışı, reinteqrasiyası və reabilitasiyası üçün ilkin şərt olan minatəmizləmə prosesinin aktuallığını qəbul edir.
"BMT-nin dəstəyinə aşağıdakılar daxildir: minatəmizləmə, geri qayıtmış məcburi köçkünlər üçün yaşayış vasitələrinə dəstək, sosial xidmətlər, hüquqi yardım, ətraf mühitin bərpası və enerji səmərəliliyi", - K.Mabuçi əlavə edib.
Oxşar xəbərlər
Ötən həftə azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunmuş ərazilərdə 152 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












