Ərdoğan: Seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır
Əziz qardaşım İlham Əliyevi bir daha Prezident seçilməsi münasibəti ilə təbrik edir, onun ilk rəsmi ziyarətini Türkiyəyə etməsindən sevinc hissi duyuram.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, 7 fevralda baş tutan seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır.
Ərdoğan, həmçinin əlavə edib ki, seçki dönəmində Azərbaycana qarşı yanlış münasibət də sərgilənib: “Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsinə dair qərara qarşı reaksiyamızı bildirdik. Bu məclisin qarşıdurma deyil, parlamentar demokratiyanı gücləndirəcək bir dialoq platforması olması lazım olduğunu vurğulamağa davam edəcəyik. Bu qərarın ləğvinə qədər Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında nəqliyyat və energetika sahəsində mövcud olan potensialı inkişaf etdirmək lazımdır
Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan Avrasiya üçün önəmli amilə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













