Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında nəqliyyat və energetika sahəsində mövcud olan potensialı inkişaf etdirmək lazımdır
Türkiyə ilə Azərbaycan arasında nəqliyyat və energetika sahəsində mövcud olan potensialı inkişaf etdirmək lazımdır.
Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu bunun ən bariz nümunəsidir:
“Bu xətdən ən yüksən nəticəni əldə etmək üçün yeniləmə işlərini tezliklə bitirmək lazımdır. Sentyabr ayında türk qapısı olan Naxçıvana ziyarətim zamanı cənab Əliyevlə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsinə dair niyyət protokolunu imzaladıq”.
Ərdoğan, həmçinin onu da vurğulayıb ki, TANAP-ın ötürmə qabiliyyətinin artırılması və Xəzərdən çıxarılan təbii qazın Türkiyə və Avropaya nəql edilməsi prioritet məsələlərdir:
“Təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru xətti layihəsi ilə energetika sahəsində yeni səviyyəyə yüksəldiyimizi xatırlatmaq istərdim”.
Oxşar xəbərlər
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir
Ərdoğan Azərbaycan xalqına təşəkkür edib
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan Avrasiya üçün önəmli amilə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













