Zaxarova: Moskva "3+3" formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir
sizinxeber.az xəbər saytı

Zaxarova: Moskva "3+3" formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir


Rusiya "3+3" platforması çərçivəsində region ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırır.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə “Sizinxeber.az”un "3+3" platformasının regional təşkilata çevrilməsinin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələ "3+3" ölkələri XİN başçılarının oktyabrın 18-də İstanbulda baş tutan iclasında müzakirə olunub.

"Həmin iclasın nəticələrini nəzərə alaraq, hazırda bu formata sədrlik edən Türkiyə tərəfi digər iştirakçılarla məsləhətləşmə şəraitində lazımi işlər aparır. İndiki mərhələdə prosesin koordinasiyasını məhz Türkiyə həyata keçirir", - Zaxarova qeyd edib.

Oxşar xəbərlər

Hakan Fidan: “3+3” formatında XİN başçılarının III görüşü İstanbulda keçiriləcək
Mariya Zaxarova: XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir
Rəsmi Moskva: Ermənistan üçün Rusiyadan yaxşı sabitlik təminatçısı yoxdur
Zaxarova: Rusiya “3+3” formatına Cənubi Qafqazda sülhün açarı kimi baxır
Zaxarova: Bakı və Moskva regional məsələlərin həllində fəal əməkdaşlıq edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər