Azərbaycanın Riqadakı səfirliyi Beynəlxalq Milad Yarmarkasında təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanın Riqadakı səfirliyi Beynəlxalq Milad Yarmarkasında təmsil olunub


Azərbaycanın Latviyadakı səfirliyi Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil edilmiş İllik Beynəlxalq Milad Yarmarkasında təmsil olunub.

“Report” xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Azərbaycan səfirliyi Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil edilmiş İllik Beynəlxalq Milad Yarmarkasında iştirak etməkdən məmnun olub. Biz iştirakımız vasitəsilə Latviyada xeyriyyə təşkilatlarını dəstəkləməkdən və Azərbaycan mədəniyyəti və mətbəxini təqdim etməkdən şad olduq. Təşkilatçılara və stendimizi ziyarət etmiş hər kəsə səmimi təşəkkürümüzü bildiririk!”, – diplomatik nümayəndəliyin “X” səhifəsindəki paylaşımında qeyd olunub.

Oxşar xəbərlər

Riqada Azərbaycan xalçalarının sərgisi açılır
Belçikanın Azərbaycandakı səfirliyi Beynəlxalq Sülh Günü ilə bağlı paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər