Rusiya XİN Ermənistanın Aİİ-yə sədrliyini Moskva üçün təhlükə hesab etmir
“Rəsmi İrəvan nümayəndələrinin birmənalı olmayan bəyanatlarına baxmayaraq, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlükdən əhəmiyyətli dividentlər əldə edir”.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Rusiya Moskva-İrəvan münasibətlərinin gərginləşməsi fonunda Ermənistanın 2024-cü ildən Avrasiya İqtisadi İttifaqına rəhbərlik etməsində təhlükə görürmü?” sualına cavabında bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə Ermənistan arasında praqmatik qarşılıqlı sərfəli əməkdaşlıq mövcuddur. “İlbəil Ermənistanın iqtisadi göstəricilərində yüksək artım müşahidə olunur. Biz görürük ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlükdən əhəmiyyətli dividentlər əldə edir. Respublikasının nümayəndələrinin birmənalı olmayan bəyanatlarına baxmayaraq…Rusiya və Ermənistan ittifaqın digər ölkələri kimi konstruktiv və siyasiləşdirilməmiş dialoq qurur. Yanvarın 1-dən Avrasiya İttifaqına sədrlik Ermənistana keçir. Bu ölkənin baş naziri Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasında çıxışında İrəvanın İttifaq çərçivəsində tapşırıqların tam şəkildə orta və uzun müddətli perspektivdə yerinə yetirmək məqsədini qarşısına qoyduğunu bəyan edib. Biz tərəfdaşlarımızın bu cür, Avrasiya İqtisadi inteqrasiyasının möhkəmlənməsi və inkişafına istiqamətlənən niyyətini dəstəkləyirik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
İran XİN rəhbəri Ermənistandadır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nezavisimaya qazeta” Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas hadisəsi hesab edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Qara dəniz donanmasının 20%-i məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












