İlham Əliyev: "Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökür"
sizinxeber.az xəbər saytı

İlham Əliyev: "Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökür"


Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü diqqətə çatdırıb.

Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Azərbaycan-Ermənistan sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən xəbərdarlıq: Yeni qarşıdurma baş verərsə... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri Ermənistan qarşısında yeni şərt irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər