sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sabah Azərbaycan və Ermənistan sərhəd Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır
Sabah Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirib.
Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq.
Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.
Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir.
Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.
Oxşar xəbərlər
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib
Qayda təsdiqləndi: ermənilərlə görüş belə keçiriləcək
Ermənistan hücum etmək üçün texnika toplayır
Azərbaycanda təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri hazırlanacaq
Ermənistan-Azərbaycan sərhədində vacib görüş olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













