Ermənistan hücum etmək üçün texnika toplayır
Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.
Report.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
"Son günlər həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır", - brifinqdə qeyd edilib.
Oxşar xəbərlər
Rəsmi Bakı: “Ermənistan rəhbərliyinin son açıqlamaları əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib”
Rəsmi Bakı Qarabağdakı qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilməsinin şərtlərini açıqlayıb
Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”
Azərbaycan XİN Qarabağdakı qondarma seçkini tanımayan dövlətlərə təşəkkür edib
Bölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













