Səfir: “Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır”
sizinxeber.az xəbər saytı

Səfir: “Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır”


Azərbaycan və Çin müxtəlif sahələrdə bir sıra layihələr həyata keçirməyi planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək: “Bundan əlavə, iki ölkə arasında mədəni əməkdaşlıq yaxşı inkişaf edib”.

“Bugünkü tədbir Çin Yeni ili şərəfinə təşkil olunub. Azərbaycanda bir çox insanın Çin mədəniyyətinə münasibəti yaxşıdır və belə tədbirlərin keçirilməsi buna sübutdur. Onların məqsədi insanları Çin mədəniyyəti ilə tanış etməkdir”, - səfir bildirib.

Q.Min iki ölkə arasında əlaqələrin inkişafında İpək Yolunun rolunu vurğulayıb: “Biz daha çox azərbaycanlının Çinə gəlməsini istəyirik və buna çox sevinəcəyik”.

Oxşar xəbərlər

Türkiyənin vitse-prezidenti: "Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: “Çin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ermənistan operativ kommunikasiya kanalları yaradıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Vosmoy” bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: "Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər