Tramp ABŞ-ni “dünyanın zibilxanası” adlandırıb
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-ni “dünyanın zibilxanası” adlandırıb


ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib.

“Report” xəbər verir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan olan miqrantların axınına qapı açıb.

“Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq”, – Tramp söyləyib.

Tramp həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə noyabrın 5-i “Amerikanın Azadlıq Günü” olacaq.

Oxşar xəbərlər

Tramp Harrislə debatın yeni raundundan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər