Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib
Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana təşəkkür edib.
“Sizinxeber.az” xəbər verir ki, o, bununla bağlı dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.
Dövlət başçısı Azərbaycan da daxil olmaqla, 105 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.
“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.
Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb.
Dünənki andiçmə mərasimi Meksikanın Respublika Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.
Agradezco también a las y los representantes de 105 naciones que nos acompañaron en el inicio del segundo piso de la Transformación, nuestra política exterior seguirá los principios constitucionales de la libre autodeterminación de los pueblos, la no intervención, la solución…
— Claudia Sheinbaum Pardo (@Claudiashein)
Oxşar xəbərlər
Meksikada prezident seçkilərində Klaudiya Şeynbaumun qələbəsi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika tarixində ilk dəfə qadın prezident ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksikada Qadınlarla İş üzrə Nazirlik yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN Azərbaycana təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












