Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycanın BRİCS-ə marağının səbəblərini açıqlayıb
Azərbaycan dünyada baş verən mürəkkəb proseslər şəraitində qarşılıqlı əlaqə və əməkdaşlıq zərurətindən irəli gələrək BRİCS-ə rəsmi müraciət edib.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada keçirilən "Bulud şəhərləri. BRİCS şəhərlərinin gələcəyi haqqında forum" çərçivəsində "Gələcəyin xəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri və strategiyaları" plenar sessiyasında bildirib.
"Azərbaycan BRİCS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki planetdə mürəkkəb iqlim prosesləri gedir, bununla yanaşı, birlik və əməkdaşlıq prioritet məsələyə çevrilir", - o qeyd edib.
E.Əzizov Bakının sürətlə inkişaf etdiyini vurğulayıb: "Şəhər sürətlə inkişaf edir. Bakının inkişafı üçün çoxsaylı planlar var. Təkcə son 5 ildə 400-ə yaxın park sıfırdan bərpa edilib. Həmçinin, şəhərin yeni Baş planı qəbul edilib".
Oxşar xəbərlər
Türkiyə BRİCS-ə daxil olmaq üçün müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Türkiyə BRİCS-ə daxil olmağa maraq göstərir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
AK Partiya sözçüsü Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etdiyini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











