Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, XVIII əsr memarlığının şah əsəri sayılan “Yekaterina sarayı”nın inşası 1744-cü ildən 1756-cı illəri əhatə edib. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib. İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib, muzey kolleksiyasının əhəmiyyətli hissəsi itirilib, dağıntılar və talan nəticəsində abidəyə ciddi ziyan dəyib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir. 18:12 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub + FOTO
MDB dövlət başçıları qeyri-rəsmi sammitin keçiriləcəyi Peterhofa gəliblər
Sankt-Peterburqda MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb
İlham Əliyevdən Sankt-Peterburqda onu salamlayan qusarlara özünəməxsus jest
Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













