Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.

Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rusiya Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Putinə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Putinə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər