Ditmir Buşati: Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətlərimiz yoxdur
“Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətimiz yoxdur, biz sadəcə üzv dövlətin dəvəti əsasında monitorinq aparmaq, prosesi izləmək üçün dəvət olunmuşuq”.
APA xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT/DTİHB müşahidəçilərinin Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.
AŞPA-nın seçkini müşahidə üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır, digər hər hansı təşkilatın prosesi izləmək üçün dəvət olunub-olunmaması barədə şərh verməsi doğru deyil.
“Biz bütün təşkilatlarla əməkdaşlığa hər zaman açıq olmuşuq və bizim mövqeyimiz dəyişməyib. Biz beynəlxalq prinsiplərə əsaslanan metodologiya əsasında prosesi izləyəcəyik”, - deyə Ditmir Buşati vurğulayıb.
Oxşar xəbərlər
ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri: Missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ATƏT DTİHB Müşahidə Missiyasının rəhbərini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Seçki Komissiyasının sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












