Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var
Azərbaycanla Peru arasında əlaqələr pozitivdir və bu münasibətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğu üçün fəaliyyətlər davam edir.
Bunu Perunun Azərbaycandakı qeyri-rezident səfiri Sezar Auqusto de las Kasas Dias ölkəsinin Milli Günü ilə əlaqədar Ankaradakı iqamətgahında təşkil etdiyi ziyafət çərçivəsində “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.
Səfir deyib ki, sentyabr-oktyabr aylarında Azərbaycana səfər etməyi planlaşdırır.
Diplomat bu aylarda Bakıda keçiriləcək beynəlxalq sərgilərdə iştirak üçün dəvət aldığını da deyib:
“Bakıda Perunun marka və investisiyalarını tanıtmaq, təbliğ etmək marağındayıq. Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - (AZPROMO), eləcə də digər müxtəlif dövlət qurumları ilə müvafiq əməkdaşlıq imkanlarının müzakirəsini planlayırıq. Səfərimiz zamanı Peru mədəniyyətinin təbliği üçün mədəniyyət fəaliyyətlərimizlə bağlı müzakirələr də gözlənilir”.
Oxşar xəbərlər
Səfir: COP29 Peru üçün də çox əhəmiyyətli tədbirdir
Venesuela səfiri Peru XİN-ə çağırılıb
Venesuela Peru ilə diplomatik əlaqələri kəsib
AZPROMO və “ProGuatemala” nümayəndələri ticarət və investisiya imkanlarını müzakirə ediblər
Ekspert: "Yaşıl enerji” Azərbaycan və Peru arasında əməkdaşlığın əsasını təşkil edə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













