Paşinyan Azərbaycan lideri ilə Əbu-Dabidəki görüşün müsbət nəticələr verə biləcəyini deyib
sizinxeber.az xəbər saytı

Paşinyan Azərbaycan lideri ilə Əbu-Dabidəki görüşün müsbət nəticələr verə biləcəyini deyib


Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğunu ifadə edib.

Sizinxeber.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan lideri Əbu-Dabidəki görüşün müsbət nəticələrə gətirib çıxara biləcəyini bildirib.

BƏƏ prezidentinə göstərdiyi dəstəyə, yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edən Paşinyan deyib ki, Əbu-Dabidəki danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər.

O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var.

Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik”, - Paşinyan qeyd edib.

Oxşar xəbərlər

Ermənistanın Baş naziri: Azərbaycan Prezidenti ilə Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər
Ermənistan İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edir
Paşinyan Prezident İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu deyib
Nikol Paşinyan: “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil
Türkiyə Prezidenti: Azərbaycan-Ermənistan sülh prosesində əldə edilən irəliləyiş bizim münasibətlərə də təsir edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər