Azərbaycan Ukraynaya indiyədək 42 milyon ABŞ dolları dəyərində yardım göstərib
Azərbaycan Ukraynaya indiyədək 42 milyon ABŞ dolları dəyərində yardım göstərib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nazir müavini Yalçın Rəfiyevin Ukrayna Bərpa Konfransında iştirakına dair məlumatında qeyd olunub.
Bildirilib ki, davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurur:
"Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biridir, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərilib".
Həmçinin qeyd olunub ki, Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün Azərbaycanın həyata keçirdiyi tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayı ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırılıb və ümumilikdə 330 uşaq sözügedən proqramda iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan Ukraynaya humanitar dəstəyini davam etdirəcək
Azərbaycan yaxın zamanda Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək
Yeni Zelandiya Ukraynaya 9,5 milyon dollar dəyərində yeni yardım paketi ayıracaq
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği açıqlanıb
Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













