Rəsmi Bakı: Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəlib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəlib - YENİLƏNİB


BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

14.16

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.

"Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə əsasən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan liderləri normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edib
Ermənistan Abu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Azərbaycan və Ermənistan XİN başçılarına sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək tapşırılıb
Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər
Mher Qriqoryan: İrəvan və Bakı sərhədlərin delimitasiyası məsələsi üzrə dialoqu davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər