sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İran ABŞ Prezidentinə qarşı mümkün sui-qəsd cəhdləri ilə əlaqəsini rədd edib
Tehran heç vaxt ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini dəstəkləməyib.
"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın guya belə hərəkətlərdə iştirak etməsi barədə bəyanatlar İsrailin Baş naziri Benyamin Netanyahunun ritorikasının bir hissəsidir.
"Netanyahu xalqınızı və Prezidentinizi (ABŞ - red.) bunun həqiqət olduğuna inandırmağa çalışır. Lakin bu, həqiqətə uyğun deyil. Onun öz planları var: o, ABŞ-ni sonsuz müharibələrə cəlb etməyə, bütün regionda daha çox qeyri-sabitlik, qeyri-müəyyənlik və xaos yaratmağa çalışır", - M.Pezeşkian vurğulayıb.
Oxşar xəbərlər
Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd edib
Pezeşkian: İran heç vaxt Trampa sui-qəsd etməyi planlaşdırmayıb
Pezeşkian: Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib
İranın birinci vitse-prezidenti: Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













