Pezeşkian: Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb
Xəbər verdiyimiz kimi bu gün Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.
Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb.
O, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Pezeşkian Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını bəyan edib
Xankəndidə Prezident İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub - FOTO - YENİLƏNİB-1
Azərbaycan və İran Prezidentləri arasında telefon danışığı baş tutub
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB-2
Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













