BƏƏ-nin azad edilmiş ərazilərdə bərpa işlərinə dəstəyi yüksək qiymətləndirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya XİN-dən məlumat verilib.
Görüş zamanı, Azərbaycan-BƏƏ dövlət başçıları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizin inkişafı üçün möhkəm təməl yaratdığı bildirilib, strateji tərəfdaşlığımızın daha da inkişaf etdirilməsində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin rolundan bəhs olunub.
İqtisadi, ticarət, investisiyalar, energetika və humanitar sahələrdə əməkdaşlıq, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi beynəlxalq təşkilat və platformalar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərdən məmnunluq ifadə olunub.
Alternativ enerji sahəsindəki uğurlu müştərək layihələrdən bəhs olunub və bu sahədə əldə edilən nəticələr yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı və bu proseslərə ciddi təhdid törədən mina təhlükəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.
BƏƏ-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar mina təmizləmə və bərpa işlərində göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısının müavini ilə görüşüb
Ceyhun Bayramov: Azərbaycan BƏƏ-nin azad edilmiş ərazilərdə mina təmizləmə işlərinə dəstəyini yüksək qiymətləndirir
Azərbaycan və Malayziya arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO
Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
