ECO Ticarət-Sənaye Palatasının prezidenti: Ticarət səviyyəsini bir neçə dəfə artıra bilərik
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Ticarət-Sənaye Palatası regiondaxili ticarətin mövcud səviyyəsini bir neçə dəfə artıra bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu ECO Ticarət-Sənaye Palatasının prezidenti Atif İkram bildirib.
"ECO ölkələrinə birbaşa xarici investisiya axını son vaxtlar 20 % artaraq 25,7 milyard dollara çatıb. Lakin biz üzv ölkələrimizdən yaxın gələcəkdə ticarətin genişləndirilməsi və ticarət prosedurlarının sadələşdirilməsi üzrə səylərimizin rahat və sürətli şəkildə həyata keçirilməsi üçün daha çox dəstək gözləyirik", - o qeyd edib.
A.İkram, həmçinin təşkilat üzvlərini regional ticarətin artımı üçün əlverişli şərait yaratmaq məqsədilə kənd təsərrüfatı, İT, dağ-mədən, toxuculuq sənayesi, sənaye ticarəti və s. kimi müxtəlif sektorlarda ECO ölkələrinin birgə investisiyalarına dəstək verməyə çağırıb.
"Mən ticarət dəhlizləri, nəqliyyat əlaqələri, dəmir yolu və enerji əlaqəsi sahəsində ECO-ya üzv ölkələrin fəaliyyətlərini əlaqələndirmək üçün bütün səyləri səfərbər edəcəm", - o vurğulayıb.
Oxşar xəbərlər
Pakistan rəsmisi: “Azərbaycanla illik ticarətin dəyərini azı bir milyard dollara çatdırmalıyıq"
Fevralda Tehranda Qazaxıstan-İran biznes forumu keçiriləcək
Qətər rəsmisi: "KƏŞ ölkələri və Azərbaycan arasında qarşılıqlı investisiya üçün perspektivlər var"
TDT ölkələrinə yatırılan xarici birbaşa investisiyaların həcmi açıqlanıb
Çijikov: “Azərbaycanın Ukrayna ilə illik ticarət dövriyyəsinin dəyəri 500 milyon dolları ötə bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












