Piter Teys: Fransa olimpiadada onsuz da sarsılmış imicini itirir
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən “France 2” telekanalına sanksiya tətbiq edilməlidir.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
Ekspert qeyd edib ki, telekanalın aparıcılarının Azərbaycan millisi ilə bağlı neqativ ifadələri reallığa uyğun gəlmir və Bakı ilə Paris arasında ikitərəfli münasibətlərin korlanmasına səbəb olacaq.
“Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir. Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”, - P.Teys bildirib.
Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.
Daha əvvəl Azərbaycanın Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa telekanalının bu cür bəyanatlarına görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət göndərə biləcəyi bildirilmişdi.
Oxşar xəbərlər
Olimpiadanın açılış mərasimində 19 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Paris: Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa 4 340 nəfərə olimpiadada iştirak etməyə qadağa qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı ekspert: “AŞPA-nın qərarı Qərbin Azərbaycana qarşı səbəbsiz düşmənçilik aktıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












