Fazil Mustafa: Rusiyada istənilən hadisənin dövlət orqanları tərəfindən törədilməsi mümkündür
sizinxeber.az xəbər saytı

Fazil Mustafa: Rusiyada istənilən hadisənin dövlət orqanları tərəfindən törədilməsi mümkündür


Rusiya özünü hamıya düşmən olan bir dövlətə çevirir.

Bunu "Sizinxeber.az"a açıqlamasında deputat, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

O bildirib ki, bu ölkədə istənilən hadisəni dövlət orqanları tərəfindən vəzifəli olan şəxslərin törətməsi mümkündür:

“Ona görə də fikrimcə daha diqqətli davranmaq lazımdır. Rusiyada yaşayan azərbaycanlılar üçün təxribatçı çağırışlardan, Azərbaycana qarşı olan sistemli hücumlardan daha ehtiyatlı davranaraq əsas verməməyə çalışmaq lazımdır. Çünki Rusiyada biabırçı formada hücumlar edilir. Yekaterinburqda vəkilə və iş adamlarına, diaspor rəhbərinin maşınına hücum edilir. Heç təklif olunmur ki, maşından düşsün. Maşının şüşəsini qırandan sonra diaspor rəhbərini yerə yıxıb təhqir edirlər. Rusiyada bu çox acınacaqlı hərəkətdir”.

Deputat qeyd edib ki, Rusiyada yaşamaq hər hansı bir insan üçün təhlükəyə çevrilməkdədir:

"Burda daha diqqətli olunmalıdır. Prosesə Azərbaycan dövləti də, rəsmi orqanları da öz iradlarını, münasibətlərini Rusiya tərəfə sərt formada çatdırmalıdır. Bu işin axırı xoş istiqamətə getmir. Rusiya özünü hamıya düşmən olan bir dövlətə çevirir. Bu olduqca ciddi təhlükə yaradır. Bütün hallarda xoşagələn vəziyyət deyil. Hər halda biz çalışmalıyıq ki, azərbaycanlıların bu cür təhqirə məruz qalması imkan verilməsin. Buna öz dəstəyimizi əsirgəməyək".

Oxşar xəbərlər

Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Fazil Mustafa: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır
Rusiyada dələduzluqda və mənimsəmədə təqsirli bilinənlərin əmlakının müsadirəsi təklif edilir
Deputat: Dini qurumlara ayrılan vəsaitin əsasən dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğundur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle