Samir Şərifov: Postmünaqişə dövründə iqtisadi bərpa kəskin problemə çevrilir, Azərbaycan da bununla üzləşir
sizinxeber.az xəbər saytı

Samir Şərifov: Postmünaqişə dövründə iqtisadi bərpa kəskin problemə çevrilir, Azərbaycan da bununla üzləşir


Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyinin strateji xarakteri var və konkret nəticələrə nail olmağa yönəlib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişafın Maliyyələşdirilməsi üzrə 4-cü Qlobal Konfransında (FFD4) çıxışı zamanı bildirib.

O xatırladıb ki, Azərbaycan dünyada beş ölkədən biri və regionda DİM-lərin həyata keçirilməsi ilə bağlı IV Könüllü Milli Hesabatı təqdim edən ilk ölkədir.

Azərbaycanın Baş nazirinin müavini qeyd edib ki, geosiyasi gərginliyin artması və hərbi münaqişələr DİM-lərin maliyyələşdirmə bazasını ciddi şəkildə pozur.

"Münaqişədən sonrakı iqtisadi bərpa dövlətlərin büdcəsi üçün daha bir kəskin problemə çevrilib. Mənim ölkəm də bununla üzləşir. Uzun illər ərzində Azərbaycan qonşu Ermənistan tərəfindən öz ərazisinin 20 faizinin işğalı ilə mübarizəyə əhəmiyyətli maliyyə resursları yönəltməli olub", - o bildirib.

Oxşar xəbərlər

Samir Şərifov Baş nazirin müavini təyin edilib
Samir Şərifov Baş nazirin müavini təyin edilib - SƏRƏNCAM
Samir Şərifov: Azərbaycan-Rumıniya əməkdaşlığını genişləndirmək üçün böyük imkanlar mövcuddur
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər