Qərbi Azərbaycan İcması birmənalı dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub.
APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, sözügedən sənədlərdə İƏT üzv dövlətləri Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı törədilmiş deportasiya, onların mədəni irsinin dağıdılması və İcmanın qayıdış hüququnun inkar olunmasını qınayır. Üzv dövlətlər Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə edirlər. “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu ilə Qərbi Azərbaycan məsələsi İƏT-in gündəliyində əsas mövzulardan biri kimi təsbit olunub və İƏT icra strukturlarına bu mövzu ilə müntəzəm əsasda məşğul olmaq tapşırığı verilib.
“Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il İƏT Bancul Zirvə görüşündə Qərbi Azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra, İƏT Nazirlər Şurasının sözügedən qərarları qəbul etməsi təşkilatın bu məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunu göstərir.
Qərbi Azərbaycan İcması sözügedən qərarların beynəlxalq hüququn və insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə inanır. İcma İƏT Nazirlər Şurasının bu qərarlarını ürəkdən alqışlayır və bu qərarların qəbul edilməsinə görə İƏT üzv dövlətlərinə təşəkkür edir”,- deyə açıqlamada vurğulanıb.
Oxşar xəbərlər
XİN: İƏT-ə üzv ölkələr Qərbi Azərbaycan İcmasının yurdlarına qayıdış hüququnu dəstəkləyib
Qərbi Azərbaycan İcması QH Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Qərbi azərbaycanlıların qayıdış səylərini dəstəkləyib
BMT Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdışla bağlı konfransa müraciətini rəsmi sənəd kimi yayıb
Sözçü: Qərbi azərbaycanlıların geri qayıdışına beynəlxalq dəstək onların qayıdış hüququndan irəli gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












