Ceyhun Bayramov: Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək
Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə deyib.
Görüşdə Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin, Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub və bu kimi tədbirlərin ölkənin bərpası və regional inteqrasiyasına dəstək verəcəyi qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
Azərbaycan və Suriya XİN başçıları ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər - YENİLƏNİB
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
Azərbaycan XİN başçısının müavini Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
