Ermənistan TŞ katibi Azərbaycanla delimitasiya prosesinin son vəziyyətindən danışıb
“İrəvanla Bakı arasında dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqların davam etdirilməsi istiqamətində müzakirələr aparılır”.
Sizinxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda keçirilən “APRI-2025” adlı konfransda deyib.
O bildirib ki, hazırda bu prosesin texniki tərəfləri müzakirə edilir.
Qriqoryan bu məsələ ilə bağlı sonuncu görüşün cari ilin yanvarında baş tutduğunu və həmin vaxt Baş nazirlərin müavinlərinin sözügedən prosesin sərhədin Ermənistan–Azərbaycan–Gürcüstan hissəsindən davam etdirilməsi barədə razılığa gəldiklərini də xatırladıb.
Qriqoryanın sözlərinə görə, hazırda prosesin texniki tərəflərinin aydınlaşdırılması üçün məxfi-diplomatik işlər aparılır. O, ölkəsinin bu sahədə irəliləyişə nail olmaq və sülh razılaşmasının imzalanmasını istədiyini bəyan edib:
“Biz birmənalı olaraq irəliləyiş və sülh razılaşmasının imzalanmasını istəyirik. Çox zaman eşidirik ki, sənəd ölkəmizin maraqlarına cavab vermir. Bu, doğru deyil. Çünki Ermənistan sülh razılaşmasının imzalanmasını istəməkdədir”.
Oxşar xəbərlər
Armen Qriqoryan Araqçi ilə görüşüb
Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır
XİN: İran Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsinə dəstək verəcək
Armen Qriqoryan İsveç, Finlandiya və Litvada işgüzar görüşlər keçirəcək
Qriqoryan: Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir, yeni tərəfdaşlar axtarır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
